Gündəm 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən XƏBƏRDARLIQ

Azərbaycanda bu gün informasiya sistemlərində qısamüddətli fasilələr yarana bilər.

ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, qurum qeyri-iş günlərindən istifadə etməklə informasiya sistemlərində bir sıra yenilənmələri və profilaktik test işlərini həyata keçirir.

Bununla bağlı yanvarın 7-də saat 02:00-05:00 radələrində qısamüddətli fasilələr yarana bilər.

Qeyd edək ki, Agentlik Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturuna daxildir.Oxu.Az

Daha çox xəbərlər