Dünya 

“McDonald’s”-ın yeni baş direktoru işçilərə flirt etməyi və birgə gəzməyi QADAĞAN ETDİ

“McDonald’s” restoranlar şəbəkəsinin yeni baş direktoru Kris Kempinski işçilərə flirt etməyi və işdən sonra birgə gəzintiyə getməyi, ümumiyyətlə işçilər arasında səmimi münasibətləri qadağan edib.

"McDonald's"-ın yeni baş direktoru işçilərə flirt etməyi və birgə gəzməyi QADAĞAN ETDİ

ARANTV.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” ABŞ, İngiltərə, Fransa, Almaniya və İsveçrədəki işçilərin sözlərinə əsasən yazır.

Şirkətin keçmiş rəhbəri Stiv İsterbruk işçilər arasında qeyri-rəsmi münasibətlərə pis baxmırdı. Onun fikrincə, işdən sonra birgə harasa getmək iişçilərin ictimailəşməsinə kömək edir. Lakin noyabr ayında direktorlar şurası onu işçi ilə eşq yaşadığına görə vəzifəsindən kənarlaşdırıb.

Yeni baş direktor onun səhvini düzəltmək üçün işcilər arasında dost münasibətlərini belə, birdəfəlik qadağan edib.

“Hər top menecerə özüm nəzarət edəcəyəm və bizim dəyərlərimizə uyğun olmasalar, rəhbərlikdən kənarlaşdırılacaqlar”, – deyə Kempinski vurğulayıb.

Daha çox xəbərlər