Cəmiyyət 

Şəhid hərbçimizin dəfn mərasimi keçirilir

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozması nəticəsində şəhid olan sərhədçimiz Fərzalı Fərzəliyevin dəfn mərasimi keçirilir.

ARANTV.AZ xəbər verir ki, F.Fərzəliyevlə doğulub böyüdüyü Ucarın Alpı kəndində vida mərasimi təşkil edilib. O, kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.Publika.az

Daha çox xəbərlər