2 ay öncə özünü ölülüyə vurub videosunu çəkmişdi, elə də ÖLDÜ – ŞOK OLAY
Antalyada 20 gün öncə infarkt nəticəsində həyatını itirən şəxsin 2 ay qabaq xatirə qalması üçün azyaşlı qardaşı qızı ilə zarafatyana çəkdiyi videoda infarkt keçirmə anını canlandırdığı ortaya çıxıb.
28 yaşlı mərhum Ali Başın yaxınları videonu görəndə şok olublar.
Yaxın dostu Alinin videonu böyük qardaşının evində çəkdiyini bildirib:
“Demək ki, belə öləcəyini hiss edibmiş. Xatirə qalsın deyə bu addımı atıb. İndi biz və ailəsi bu videoya baxıb onu anırıq”.
Milli.az

