Hadisə 

Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb – VİDEO- FOTO

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlunun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mağazaya da ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Daha çox xəbərlər