Region Xəbərləri 

Ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplamış məzunlarla görüşü keçirildi.

ARANTV.AZ xəbər verir ki, Goranboy rayonunun 2018-ci ilin məzunlarından 500-dən yuxarı bal toplayıb müxtəlif ali məktəblərə qəbul olmuş tələbələrlə  görüş keçirildi. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı   Nizaməddin Quliyevin və Millət Vəkili Ağalar Vəliyevin  hər il ali məktəblərə yüksək balla qəbul olan məzunlarla  görüş keçirməsi, tələbə adını qazanan məzunları onların  valideynlərini, müəllimlərini təbrik etməsi, onlara xoş arzularını çatdırması, qiymətli hədiyyələrlə mükafatlandırması artıq bir ənənəyə çevrilib. Bu gün də ənənə davam etdiririlir.
Ilk olaraq Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirakçıları salamladı, rayon təhsilinə başucalığı, şərəf gətirmiş 1 nəfər 700 bal, 19 nəfər 600-dən yuxarı bal toplamış, 50 nəfəri isə 500-dən yuxarı bal toplamış məzunları onların  valideynlərini və müəllimlərini təbrik edərək xoş arzularını çatdırdı və təhsilə dövlət qayğısından danışdı.
Qeyd edildi ki, son illərdə 24 məktəb, 3 əlavə tədris korpusu tikilmiş, 11 məktəb əsaslı təmir edilmişdir. Hazırda 15 məktəbin tikintisinə, 4 məktəbin isə əsaslı təmirinə ciddi ehtiyac vardır. Yaxın illərdə bu məktəblərin də tikintisinə və təmirinə nail olacağıq.
Məktəblərin maddi-texniki bazası yaxşılaşdıqca tədrisin keyfiyyəti də yüksəlir. Son illər ali məktəblərə qəbulun nəticələri bunu deməyə əsas verir. Bu il orta məktəbi bitirən 860 məzundan 296-sı tələbə adını qazanmışdır. Fərəhli haldır ki, bu ilki məzunlar arasında bir nəfər Səfikürd kənd tam orta məktəbinin məzunu Məhəmmədli Kənan Nizaməddin oğlu ən yüksək nəticə –700 bal toplamışdır. 19 məzun 600 baldan yuxarı, 50 məzun isə 500-600 bal intervalında nəticə göstərmişdir.
Tələbə adını qazanmış məzunlarla görüş, xatirə şəklinin çəkilməsi ilə başa çatdırıldı.

Daha çox xəbərlər