Cəmiyyət 

Builki təbii fəlakətlərin iqtisadiyyata vurduğu zərər açıqlandı

2018-ci ilin altı ayında təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatına 45 milyard dollar zərər dəyib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Aon”un Beyənlxalq Fəlakət Hesabatında qeyd edilib.

Məlum olub ki, ilin altı ayında təbii fəlakətlərlə bağlı sığorta ödəmələri 21 milyard dollara çatıb.

Hesabata əsasən, 2018-ci ilin ilk altı ayında ümumilikdə 156 təbii fəlakət baş verib. Fəlakətlər 2 min 153 nəfər insanın ölümünə səbəb olub. 892 nəfər isə sel və daşqınlardan dünyasını dəyişib. Təbii fəlakətlərin 15-i dünya iqtisadiyyatına böyük zərər vurub.

Milyard dollarlıq zərərə yol açan 15 təbii fəlakətin 14-ü iqlim dəyişikliyindən qaynaqlanıb. Biri zəlzələ olub. Bu 15 fəlakətin altısı ABŞ-da, dördü Avropa və Orta Şərq, Afrika ölkələrində baş verib. Cənubi və Şimali Amerika qitəsi ölkələrində bir fəlakət yaşanıb.

oxu.az

Daha çox xəbərlər