Quançjou-Bakı reysi üzrə uçuşlar dayandırıldı
“China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə APA-ya şirkətin Bakıdakı ofisindən bildirilib.
Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub:
“Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb”.
Qeyd edək ki, “China Southern Airlines” Bakıdan Quançjouya hər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetirirdi.
Xatırladaq ki, Çində koronaviru

