Cəmiyyət 

Əcnəbilərin Azərbaycanda xərclədikləri vəsaitin dəyəri açıqlandı

Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri açıqlanıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2019-cu ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.

Ümumilikdə isə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 257 milyon manat təşkil edib.

Daha çox xəbərlər