Rusiyada azərbaycanlının məhkəməsi oldu
Rusiyanın Tver vilayətində qeydiyyatsız yaşayan azərbaycanlı inzibati məsuliyyətə cəlb edilib.
Tvernews.ru-nun xəbərinə görə, Azərbaycan vətəndaşı Tver vilayətində qeydiyyatsız yaşayıb.
Belə ki, 2018-ci ilin mart ayında Azərbaycandan Rusiyaya gəlib iş icazəsi üçün patent ödəməsə də, 2019-cu ilin iyuluna kimi müvəqqəti qalmaq icazəsi alıb.
O, yanvarın 25-də Çanova bulvarında sənəd yoxlanışı zamanı saxlanılıb.
Məlum olub ki, azərbaycanlı Rusiya ərazisində qanunsuz yaşayır.
Məhkəmə qərarı ilə inzibati cəzaya məhkum edilən həmin şəxs 2000 rubl (54 AZN) ödəməklə Rusiya sərhədindən deportasiya olunacaq.

