Cəmiyyət 

Rusiyada qaçaqmalçılıq edən azərbaycanlı saxlanıldı

Rusiyanın Tümen aeroportunda qaçaqmalçılıq edən şəxslər saxlanılıb.

Tumentoday.ru-nun xəbərinə görə, həmin şəxslər “Poşino” hava limanında  Rusiya ərazisinə qaçaqmal keçirmək istəyiblər.

Belə ki, aeroportda axtarış zamanı Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarının baqajlarında qanunsuz ət, süd və bal aşkarlanıb.

Müsadirə olunan məhsullar aidiyyəti üzrə məhv edilib.

Daha çox xəbərlər