Azərbaycanda dəhşətli hadisə – 4 polis Bakıda hospitala yerləşdirildi
Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhərində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.
Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.Publika.az

