İvana Sert Azərbaycana “yaxşı” deyir
Türkiyənin məşhur modeli İvana Sert Bakıdan ev almaq istəyir. Model bu haqda ARANTV.AZ-a açıqlamasında deyib: “Bakıya tez-tez gəlirəm və özümü evimdəki kimi hiss edirəm. Azərbaycan ilə Türkiyə qardaş ölkə olduğu üçün elə də fərq hiss etmirəm. Bakı çox yaxşı şəhərdir və burada xöşbəxtəm. İnsanlarınızı çox sevirəm. Burada hər şey gözəldir. Burada yeni layihəyə başlayacağıq. Ona görə bir müddət sevə-sevə Bakıda qalacam. Burada dost-tanışlarım çoxdur. Hazırda yatırım etmək lazımdır. Nə zamansa ev ala bilərəm, amma indi yox”. Qeyd edək ki, İvana Sert müğənni Roza Zərgərliyin dəvəti ilə Azərbaycana gəlib.

