Cəmiyyət 

Bakıda kişi yolun ortasında rəqs edib, maşınlara təpik atdı – VİDEO

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində qəribə hadisə qeydə alınıb.

ARANTV.AZ xəbər verir ki, bir nəfər özünü yolun ortasına ataraq qəza şəraiti yaradıb.

Nəqliyyatın intensiv hərəkətdə olduğu prospektdə avtomobil yolunun ortası ilə gəzərək rəqs edən şəxs insanları təəccübləndirib.

Ətrafdan sürətlə keçən avtomobillərə məhəl qoymayan şəxs nəqliyyat vasitələrinə təpik atıb.

Həmin görüntüləri təqdim edirik:

Oxu.Az

Daha çox xəbərlər