Region Xəbərləri 

60 min tondan çox fındıq məhsulunun istehsal olunması gözlənilir

ARANTV.AZ xəbər verir ki, bu il Azərbaycanda 60 min tondan çox fındıq məhsulunun istehsalı gözlənilir. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir və fındıq ixracatçısı kimi dünyada 3-cü yerdədir. Ən iri idxalçılar İtaliya, Rusiya və Almaniyadır. Hazırda Azərbaycanda 50 min hektar məhsuldar fındıq bağı var. Bu bağlara yüksək aqrotexniki qulluq sayəsində məhsuldarlıq da ildən-ilə artacaq, ixrac çoxalacaq. Qeyd edək ki, Ötən il Azərbaycandan 21 min ton fındıq ləpəsi ixrac olunub.

Daha çox xəbərlər