Nümunəvi müəllim Heyran Abdullayeva-Bərdə
Uşaqlar gələcəyimizdir.Bu ümüd, bu dilək hər birimizin qəlbində döyünür. Yaxşı nə varsa hamı və hər kəs öz övladına arzulayır. Heç şübhəsiz ki, təhsil bu sırada birincidir. Övladını oxumağa göndərən valideynlər çalışırlar ki, uşaqlarının gələcəyini savadlı, bilikli yaxşı müəllimlərə etibar eləsinlər.ARANTV.AZ xəbər verir ki, hər il Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litseyə müraciət edənlərin sayı çox olur,məktəbin imkanları isə olduqca genişdir. Burada şagirdlərin yüksək təhsil alması üçün hər cürə şərait yaradılıb. Müasir, yaraşıqlı məktəb binası, əyani vəsaitlərlə təmin edilmiş sinif otaqları, ən əsası da savadlı müəllimlərin olması buradakı təhsilin keyfiyyətinin səviyyəsindən xəbər verir.
liseyin nümunəvi müəllimlərindən biridə Heyran xanım Abdullayevadır. Onun sinifinə daxil olanda insanda xoş təssüratlar yaranır. Divardan asılan əyani vəsaitlər , divar qəzeti əhəmiyyətli informasiya mənbəyidir . Şagirdlərin davranışı , danışanı dinləmək qabiliyyəti təhsillə bərabər təlim – tərbiyyənin düzgün təşkilini göstərir.
Məhz bunun nəticəsidir ki, Heyran müəllimənin yetirmələri təhsildə və həyatda uğur qazanmış olurlar. Buna görədə övladını həyata hazırlayan valideynlər tam əminliklə uşaqlarının gələcəyini Heyran müəlliməyə etibar edirlər. Hər buraxılışından sonra saysız- hesabsız valideynlər olurlar ki, övladlarını əsl müəllim, pedaqoq olan Heyran Abdullayevanın sinifinə yönəltməyə çalışırlar.

