Azərbaycanda dəhşətli hadisə – 5 yaşlı uşaq öldü
Goranboy şəhərində faciəvi hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.Publika.az

