Hadisə 

Gədəbəydəki mikroavtobus qəzasında ölən və yaralananların kimlikləri bilindi – YENİLƏNİB + FOTO

Gədəbəyin Slavyanka kəndində mikroavtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimlikləri müəyyənləşib.

ARANTV.AZ  xəbər verir ki,  hadisə nəticəsində bir nəfər – Şəmkir sakini Azər Səfərov ölüb, yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan Şahin İsmayılov və Şəhla Şəmilova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət alan Coşqun Abbasov, Emin Budaqov, Ağa Ələkbərov, Mənzər Məmmədəliyeva və Solmaz Sadıqova yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Yaralıların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

12:28

Gədəbəydə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

APA-nın məlumatına görə, hadisə zamanı yeddi nəfər xəsarət alıb.

12:16

Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

“Qazel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toqquşub.

Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.

Daha çox xəbərlər