Bakıda maşın xidmət aparan polisi vurub öldürdü
Bakıda maşın polisi vuraraq öldürüb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında H.Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Prado” markalı avtomobil idarətməni itirərək yol kənarında xidmətdə olan Çevik Polis Alayının əməkdaşını vurub.
Bakı şəhər BPİ mətbuat xidmətindən qafqazinfo-ya məlumatı təsdiqləyiblər.

