FHN əməkdaşları halsız vəziyyətdə qalan şəxsi xilas etdi
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.
ARANTV.AZ xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Vətəndaş halsız vəziyyətdə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.Publika.az

