Azərbaycanda dəhşətli hadisədə ölən tələbənin FOTOSU – YENİ FAKTLAR
Ötən gecə Qəbələ rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan tələbələrlə bağlı bəzi məqamlar dəqiqləşib.
Publika.az-ın əldə etdiyi məlumata görə, sürücü, 2001-ci il təvəllüdlü Ramin Lətiflinin idarəetməsindən çıxaraq ağaca çırpılan “Nissan Sunny” markalı avtomobildə ümumilikdə 4 nəfər olub. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri Ziyadxanov Ziya Pünhan oğlu Vəndam qəsəbə məktəbinin 10-ci sinif şagirdidir. Digər yaralılar – Xəlilov Şəhriyar Mübariz oğlu isə Azərbaycan Dövlət Aqrar Universitetinin, Cabayev Murad Sərxan oğlu isə Xəzər Universitetinin tələbəsidir.
Qəzada həyatını itirən 19 yaşlı Ramin Lətifli isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsidir.
Qeyd edək ki, qəzada yaralanan tələbələrdən Şəhriyar Xəlilovun vəziyyəti ağır olaraq qalır və o, reanimasiyadadır.




