Bakıda axtarışda olan 9 nəfər saxlanıldı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən BiG.AZ-a bildirilib.
Verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Belə ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib.
İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

