FHN-in əməkdaşı Açıq Respublika Qış çempionatında iki medal qazanıb – FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib.
FHN-dən Oxu.Az-a verilən xəbərə görə, Su İdmanı Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib.
Yarışda üç ölkədən – Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşı, İdman-Təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək, kişilər arasında 50 metr arxası üstə üzmədə birinci və 50 metr sərbəst üzmədə üçüncü yerə layiq görülüb.
Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.

