Cəmiyyət 

Azərbaycanlı rusiyalını xəstəxanalıq etdi

Rusiyanın Leninqrad vilayətində azərbaycanlı yerli sakini döyərək xəstəxanalıq edib.

“Region Online” bu barədə Rusiya Daxili işlər Nazirliyinin vilayət üzrə Baş idarəsinə istinadən xəbər yayıb.

Hadisə Kinqisepp şəhərində yerləşən kafelərin birində baş verib.

Bildirilir ki, 29 yaşlı Azərbaycan vətəndaşı 40 yaşlı yerli sakinə hücum edərək onu döyüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona gözün və kəllə sümüyünün ciddi zədələnməsi diaqnozu qoyulub.

Həmin şəxslər arasında münaqişənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

Hadisəni törədən azərbaycanlı miqrant axtarışa verilib.

Daha çox xəbərlər