Hadisə 

Siçan dərmanından zəhərlənən ailənin bir üzvü öldü

Qobustanda kütləvi şəkildə zəhərlənən ailənin bir üzvü – Gülminə Şıxəliyeva vəfat edib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. Onun sözlərinə görə, zəhərlənən ana, ata və 2 uşağın vəziyyəti stabildir: “Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklik zamanı beyinə qansızması nəticəsində vəfat edib.

Ailədən analizlər götürülüb, hələ ki, zəhərlənmənin başvermə səbəbi bəlli deyil”.

Xatırladaq ki, Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər