Cəmiyyət 

Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək

“Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək”.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

O bildirib ki, bu gün Bakıda keçirilmiş “Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində “Azimut” aviaşirkəti və “PAŞA Travel” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən martın 30-da Rostovla Bakı arasında birbaşa aviareyslər başlayacaq.

Qubernatorun sözlərinə görə, Azərbaycanla Rostov vilayəti arasında birbaşa reyslərin açılması ikitərəfli əməkdaşlığın humanitar istiqamətlərinə də müsbət təsir göstərəcək.

Daha çox xəbərlər