Beynəlxalq Qadınlar Günü necə yarandı?
163 il əvvəl ABŞ-ın Nyu-York şəhərində bir toxuculuq fabrikində çox sərt şəraitdə işləyən qadınlar etiraz aksiyasına başladılar. Təxminən 40 min işçi daha yaxşı iş şəraiti, 8 saat iş günü, bərabər iş bölgüsü və bərabər maaş tələb etdilər.Elə tətilin ilk günündə, 8 mart 1857-ci il tarixində fabrikdə şübhəli yanğın başlayır və yanğın nəticəsində 129 qadın yanaraq həyatını itirir. Baş vermiş hadisədən 53 il sonra, yəni 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyasının liderlərindən olan Klara Setkin toxuculuq fabrikində baş verən yanğın zamanı ölən qadın işçilərin xatirəsinə 8 martın Beynəlxalq Qadınlar Günü kimi olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.
TARİXDƏ İZ QOYAN QADINLAR…
51 yaşında taxta çıxan Misirin sonuncu hökmdarı Kleopatra 18 yaşında Roma imperiyasının iki ən güclü sərkərdəsi olan Sezar və Mark Antoninin köməyi sayəsində ölkəsini işğaldan qoruyub saxladı. Ancaq onun ölümündən sonra Misir Roma imperiyasının əyalətlərindən birinə çevrildi.
Bir imperiyanın taleyini dəyişdirən başqa bir qadın isə Hürrəm Sultandır. Osmanlı İmperatorluğunun ən qüdrətli sultanı, Qanuni Süleymanın yeganə kəbinlisi olan Hürrem Sultanın dövlət işlərində aktiv rol oynamışdır.
Kraliça Yekaterina, digər adı ilə Böyük Katerina kimi də tanınan İkinci Yekaterina Rusiyanı supergücə çevirən qadın kimi tarixə həkk olunub. Onun Rusiyanı idarə etdiyi 34 ildə yüz minlərlə kvadrat kilometr ərazi fəth edildi və Rusiya imperiyasının əsası qoyuldu.
Unudulmayan qadın yazıçılar…
İngilis yazıçısı Ceyn Ostin qadınların daha çox evdar həyat yaşadıqları və çox nadir roman yazdıqları bir dövrdə “Ağıl və ehtiras”, “Qürur və qərəz” kimi şedevrlər yazmışdır. Yaratdığı güclü qadın obrazları ilə bir çox qadına ilham verən Ostin təxəllüs altında yazaraq bir çox qadın yazarlara örnək olmuşdur.
Digər bir ingilis yazıçısı Aqata Kristi dövrünün ən görkəmli ədiblərindən biri hesab edilir. Dünyada əsərləri ən çox satılan olan qadın ədib və Uilyam Şekspirdən sonra ikinci yazıçı kimi qəbul olunan Kristi yazdığı 80 dedektiv roman ilə bu ədəbi janrın aparıcı nümayəndəsi hesab olunur.
Pakistana demokratiya gətirən qadın…
Pakistanın 12-ci və 16-cı baş naziri vəzifələrini icra edən Benazir Bhutto müsəlman ölkələrində bu vəzifəyə seçilən ilk qadın olmuşdur.Pakistanı idarə etdiyi dövrdə ölkəsinin hərbi diktaturadan demokratiyaya keçidi üçün çalışan Bhutto xüsusilə kasıblara dəstək olmağa və sosial islahatlar aparmağa çalışırdı.
Samirə İsmayılova, “İki sahil”

