Bakıda yol polsi qadını soyan yeniyetməni yaxaladı
Bakıda soyğunçuluq etmiş yeniyetmə tutulub.
ARANTV.AZ xəbər verir ki, sentyabrın 16-da Xətai rayonunun Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 1030 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ondan alıb.
Hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini olan bir yeniyetmə Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 36-cı PB-yə təhvil verilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
punblika.az

