Hadisə 

Dostu ilə birgə dənizdə boğulan gənc BDU-nun tələbəsi olub – YENİLƏNİB – TƏFƏRRÜAT

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

ARANTV.AZ  bildirir ki, bu barədə Report-a BDU-dan məlumat verilib.

Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.

———–

12:59

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, “Caspian Breeze” adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu “Caspian Breeze” ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

Daha çox xəbərlər