Cəmiyyət 

Gündəlik duz istehlakı nə qədər olmalıdır?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) artıq duz qəbulunun insan orqanizminə mənfi təsirləri barədə açıqlama yayıb.

ARANTV.AZ xəbər verir ki, məlumatda gündəlik duz istifadəsinin 1 çay qaşığını (5 qram) keçməməsinin lazım olduğu vurğulanıb.

“Artıq duz qəbulu yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri, şəkər, piylənmə və xərçəng xəstəliyinin bəzi növlərinə səbəb olur”, – məlumatda bildirilib.”Ölkə.Az”

Daha çox xəbərlər