Hadisə 

Azərbaycanda ağır qəza-4 nəfər yaralandı (Foto)

Mingəçevirdə 3 minik maşını və mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

ARANTV.AZ-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Qəzada üç “VAZ” markalı minik maşını, bir sərnişin daşıyan mikroavtobus iştirak edib.

Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər – 40 yaşlı Natiq Əhmədov, onun həmyaşıdı Eldəniz İmanov, 28 yaşlı Fədai İbadov və 27 yaşlı Samir Cəfərli müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.
Azərbaycanda ağır qəza-4 nəfər yaralandı (Foto)Azərbaycanda ağır qəza-4 nəfər yaralandı (Foto)

Daha çox xəbərlər