KİTAB OXUYUN…
ƏN BAHALI KİTAB
Leonardo Da Vinçinin “Lester əlyazmaları” kitabının 1994-cü ildə Nyu-Yorkda keçirilən hərracda gələndə ən azı 7 rəqəmli qiymətə satılacağı gözlənilirdi. Kitabı 30 milyon 800 min dollara dünyanın ən varlı adamı Bill Qeyts alıb.
ƏN QƏDİM KİTAB
Qutenberq tərəfindən nəşr olunan Müqəddəs Kitabdan 600 il əvvəl digər bir çap texnikası 868-ci ildə hazırlanmışdır.”Diamond Sutra” dünyanın ən qədim çap kitabı hesab olunur. Kitabda Budda ilə şagirdlərindən biri arasında dialoqdan bəhs olunur.Bu kitabda əvvəlcə hərflər və şəkillər taxta üzərində əks olunub, daha sonra rənglənib və kağıza köçürülüb.
ƏN KİÇİK ÖLÇÜLÜ KİTAB
Sadəcə 0.74 x 0.75 ölçüsünə malik dünyanın bu ən kiçik kitabı dünya üzrə rekordunu qazanıb. “Shiki no Kusabana” (Mövsümi Çiçəklər) kitabı 22 səhifədən ibarətdir və səhivələrində adları 0,01 millimetr şriftlə yazılmış kiçik çiçək təsvirləri var. Naşir Toppan bu kitabın ərsəyə gəlməsində pul çapı üçün nəzərdə tutulan texnikadan istifadə etmişdir.
ƏN ÇOX OXUNAN ROMAN
Yel dəyirmanlarına qarşı döyüşən aparan Don Kixotun hekayəsi oxucular tərəfindən 400 ildən çoxdur həyəcanla oxunur. Riçard Straus və ya Pablo Pikasso kimi bir çox sənətkar da hekayədən ilham almışdır. Migell de Servantesin “Ağıllı zadəgan Don Kixot” romanı bu günə qədər 500 milyon dəfə nəşr edilmişdir.
ƏN İRİ HƏCMLİ KİTAB
Aqata Kristinin olduqca ağır olan “Miss Marple” hekayələr toplusu 32 santimetr qalınlığında və səkkiz kiloqram ağırlığındadır. 4032 səhifəlik kitabda yaşlı müstəntiq 32 hadisə, oğurluq və digər cinayətləri araşdırır.
Samirə İsmayılova, “İki sahil”

