Hadisə 

Beyləqanda qəza: ölənlər var

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qafar Seyidəliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı kanala aşırıb. Hadisə zamanı avtomobildə 4 nəfər olub.

Qəza nəticəsində sürücü və maşında olan sərnişin – 1973-cü il təvəllüdlü Güləndam Əliyeva hadisə yerində həlak olublar.

Digər sərnişinlər – 1970-ci il təvəllüdlü Elmidar Mehdiyev və 1965-ci il təvəllüdlü Qəmər Əliyeva müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işinə başlanılıb.Oxu.Az

Daha çox xəbərlər