Hadisə 

Azərbaycanda yol qırğını – 6 nəfər öldü, 20 nəfər isə…

Martın 12-də Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb.

ARANTV.AZ xəbər verir ki, ötən gün ərzində ölkə yollarında ölüm və ya xəsarətlə nəticələnmiş 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həyatını itirən 6 nəfərdən başqa daha 20 şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Ölümlə nəticələnən hadisələrdən ikisi Bakıda, digərləri isə rayonlarda qeydə alınıb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.Publika.az

Daha çox xəbərlər