Hadisə 

Qaxda avtomobil 57 yaşlı piyadanı vurdu – VİDEO

Qaxda avtomobil 57 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib.

ARANTV.AZ  xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən rayon sakini Arif Abdullayevi vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, piyadanı vuran avtomobil daha sonra yol kənarında dayanmış digər avtomobilə də çırpılıb.

Faktla bağlı araşdırma aparılır.Baku TV

Daha çox xəbərlər