Manset Region Xəbərləri 

Həm müəllim -həm dülgər

Qasımov Əbülfət Əlövsət oğlu Lerik rayonunun Mastayıl kəndində yaşayır.Əbülfət müəllim təhsili, elmi çox sevdiyindən Astara Pedaqoji Texnikumunu İbtidai sinif müəllimi ixtisası üzrə bitirmiş.Şəhid Əbülfəz Məmmədov adına Mastayıl kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Müəllimlik fəaliyyəti ilə yanaşı boş vaxtlarında dülgərlik sənət ilə, eyni zamanda el şənliklərində , dövlət tədbirlərində kameraman və foto çəkiliş fəaliyyəti də göstərir. Ən böyük hobbisi taxta üzərində işləməkdir. Həm bundan zövq alır, həm də ki qədim tarixi olan uzunömürlülər diyarı olan doğma Lerikdə bu sənəti yaşadır.

Daha çox xəbərlər