Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib
Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərin təşəbbüsü ilə “Əsgərə kitab” layihəsinə start verilib. Layihənin məqsədi Vətənin keşiyini çəkən igid əsgərlərə hədiyyə olunan kitablarla onların asudə vaxtlarının səmərəli təşkilində iştirak etməkdən ibarətdir.
ARANTV.AZ xəbər verir ki, layihədə rayon məktəbləri fəal iştirak edirlər. Artıq ənənəvi şəkildə Novruz bayramı ərəfəsində keçirilən layihə çərçivəsində bir partiya “Əziz əsgər qardaşım, Vətən sənə əmanət!” xatirə sözləri ilə yazılan kitablar Cocuq Mərcanlı və Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə göndərilib. Bayram ərəfəsi Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid 2500 kitab əsgərlərə hədiyyə edilib. Hər bir kitabın içərisində isə şagirdlərin əsgərlərimizə yazdıqları ürək sözləri yer alır.AZƏRTAC

