Dünya 

İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.

Daha çox xəbərlər