Region Xəbərləri 

Şəki Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulublar

Şəki Şəhər İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək təşəbbüsünə qoşulublar.

ARANTV.AZ xəbər verir ki, koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı tədbirlərə dəstəyini ifadə edən Şəki Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, həmçinin icra hakimiyyəti başçısının kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri bir aylıq vəzifə maaşları miqdarında vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi barədə qərar qəbul ediblər.

İanənin ayrılmasında əsas məqsəd infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırıqları əsasında hökumətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.AZƏRTAC

Daha çox xəbərlər