BVF Qırğızıstana koronavirusla mübarizə üçün 120 milyon dollar ayıracaq
Beynəlxalq valyuta fondu (BVF) Qırğızıstana koronavirus ilə mübarizə üçün 120,9 milyon dollar ayırmasını təsdiqlədi.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı açıqlamada bildirilir.
“BVF-nin İcra Şurası COVİD-19 virusunun yarada biləcək fəsadlara müqavimət göstərmək üçün ölkələrə təcili maliyyə yardımının təqdim edilməsi sorğusunu müsbət cavablandırır. Qırğızıstanın sorğusuna cavab 120,9 milyon dollar təşkil edir”, – açıqlamada qeyd olunur.

