Dünya 

Rusiya martın 27-dən beynəlxalq hava əlaqəsini tamamilə dayandırıb

Rusiya martın 27-dən etibarən müntəzəm və çarter beynəlxalq hava əlaqəsini tamamilə bağlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu qərar Rusiya hökuməti nəzdində koordinasiya şurasının rəyasət heyəti tərəfindən qəbul edilib.

Aviadaşıyıcılar yalnız sərnişinləri evə qaytarmaq üçün çıxış reyslərini yerinə yetirə biləcəklər. Xaricə uçuşların yerinə yetirilməsinə qadağa yük, poçt, sanitariya və humanitar daşımalarına şamil edilmir.

Daha çox xəbərlər