Dünya 

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyanın Papua vilayətində 5,8 gücündə zəlzələ olub.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Cayapura şəhərindən (təxminən 135 min sakin) 174 km qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Daha çox xəbərlər