Bərdədə yanan bir neçə obyekt söndürülüb
Bərdə rayonunda yanğım baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) ARANTV.AZ-a verilən məlumata görə, rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (çörəkbişirmə sexi, avtoyuma və qaynaq sexi) lambirindən ibarət tavanı və taxta konstruksiyalardan ibarət çardağı 150 m² sahədə, qaynaq sexində “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

