Hadisə Region Xəbərləri 

Bərdədə baş verən yol qəzasında sürücü ölüb

Bərdə rayonunda bir nəfərin ölümü iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

ARANTV.AZ xəbər verir ki ,hadisə Yevlax Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb. VAZ 2107 markalı avtomobillə ” Nissan” markalı minik avtomobili toqquşub. Nəticədə ” Nissan” – ın sürücü Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin keçmiş direktoru Cəfərov Elnur Asif oğlu ölüb. VAZ markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıb. Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər