Şahmat lövhəsinin yanında yıxılmış azərbaycanlı qrossmeysterin acı taleyi – VİDEO
Azərbaycan şahmatı dünyaya çox istedadlar bəxş edib. Ancaq həmin istedadlar arasında onun kimi acı tale yaşayan olmayıb.
ARANTV.AZ xəbər verir ki, 2014-cü ilin yanvar ayının 11-də 27 yaşında xərçəng xəstəliyindən Almaniyada vəfat etmiş Vüqar Həşimov qısa həyat yolunda çox maneələrə rast gəlib.
2009-cu ildə onun həlledici görüşdəki qələbəsi ilə Azərbaycan ilk Avropa çempionluğunu qazanıb.
2010-cu ildə Şahmat Federasiyası ilə yaşadığı münaqişəyə görə milli komandamızın heyətindən kənarlaşdırılan və haqsızlıqlarla üzləşən, xəstəxanaya düşməzdən əvvəl şahmat lövhəsinin kənarında yıxılmış Vüqar Həşimova həsr edilən videosüjeti təqdim edirik:Oxu.Az

