Bir nəfərlik restoran açılacaq – Foto
İsveç koronavirus pandemiyasına görə heç bir məsafə və izolyasiya qaydalarına əməl etməyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər kəs küçələrdə, xüsusilə də kafe və restoranlarda sosial məsafəni qorumadan bir araya gəlir. Ölkə rəhbərliyi əhalinin immunitetini gücləndirmək üçün bu addımı atdığını bildirib.
İsveçdəki barlar, restoranlar və kafelərin çoxu sosial məsafəni gücləndirmək üçün bəzi masaları istifadəyə vermir.
İçlərindən biri isə maraqlı bir addım atıb. Belə ki, restoran iplə çatdırılma üsulu ilə boş ərazidə yer alan masada gündə sadəcə bir müştəriyə xidmət verəcək. “Bord för en” yəni “Bir nəfərlik masa” adlı restoran 10 mayda açılıb 10 avqusta qədər fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu günədək İsveçdə 2200-dən çox insan koronavirusa görə həyatını itirib.
Bir nəfərlik restoran açılacaq – Foto

