Maraqlı 

Samsung həvəskarlarına üzücü xəbər: S20 Ultra-da DAHA BİR PROBLEM aşkarlandı

Samsung Galaxy S20 Ultra istifadəçiləri ciddi problemlə üzləşiblər.

ARANTV.AZ ted.az -a istinadən xəbər verir ki, iddiaya görə, sözügedən modelin əsas kamerasının qoruyucu şüşəsi hansısa zərbə almadan qırılır.

Hələlik problemin nədən qaynaqlandığı və necə həll ediləcəyi açıqlanmır. Əksər istifadəçilər bunun istehsalat xətası olduğu düşüncəsindədirlər. Şirkət rəsmiləri isə hələlik bu barədə açıqlama verməkdən çəkinirlər.

İstənilən halda 1400 dollarlıq smartfonda bu cür problemlə qarşılaşmaq heç də xoş deyil.

Qeyd edək ki, Samsung Galaxy S20 Ultra bundan əvvəl yaşıl ekran problemi ilə üzləşmişdi. Şirkət bu xətanı yayımladığı proqram yenilənməsi ilə aradan qaldırsa da, modelin başının dərddən açılmadığı ortadadır.

Daha çox xəbərlər