Dünya 

Çində koronavirusa yoluxanların sayı artıb

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 22 nəfər yoluxub, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Trend-in “REN TV”yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yoluxma hallarından 21-i xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Xaricdən gələn Çin vətəndaşlarında qeydə alınan koronavirus hallarının sayı 1 660-a çatıb.

Son məlumatlara əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 82 858 nəfərə çatıb. Onlardan 77 578 nəfəri sağalıb, 4 633 nəfəri isə dünyasını dəyişib.

Daha çox xəbərlər