Hadisə 

Azərbaycanda vəzifəli şəxs cərimələndi – FOTO

Aprelin 27-də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayonun Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 kubmetr həcmində işlik oduncaq aşkar edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin altı saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərov tərəfindən kəsilərək, sexə satıldığı məlum olub.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1518 manat məbləğində cərimə tətbiq edilib.

Daha çox xəbərlər