Bakıda bərbər və müştərisi saxlanldı
Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.
ARANTV.AZ xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.
Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.


Unikal.org

